Döyüşə göndərilən on beş yaşlı əsgərlərə ağı - Çanaqala

Döyüşə göndərilən on beş yaşlı əsgərlərə ağı - Çanaqala backend

"Hey Onbeşli" nəğməsi Türkiyənin Tokat bölgəsində Çanaqqala döyüşündə cəbhədə həyatını itirən uşaqlar üçün deyilən ağıdır.

Şəhid olan kiçik qəhrəmanlar üçün söylənilən bu ağı bu günümüzə qədər türk xalq musiqisi olaraq səsləndirilməkdədir.

Ağının yaranma tarixi və hekayəsi də musiqisi kimi çox kədərlidir:

I Dünya Müharibəsinə cəlb edilən Osmanlı İmperatorluğunun cəbhə xəttində döyüşə biləcək kifayət qədər hərbi qüvvəsi tükənir. Çanaqqala döyüşü əsnasında Almaniya, Avstriya-Macarıstan və İtaliyanın daxil olduğu "Üçlər ittifaqı"nın 1915-ci ilin aprelindən etibarən döyüşə başlamalarına rəğmən cəbhədə döyüşəcək daha çox möhkəmlətmə qüvvələrə ehtiyac olduğuna görə Sultan V Mehmet Rəşad 27 may 1915-ci ildə litsey tələbələrinin də cəbhəyə çağırılması haqda əmr imzalamaq məcburiyyətində qalmışdı.

Litsey tələbələri isə 15-19 yaşlı yeniyetmə və gənclərdən ibarət idi. "Hey Onbeşli" türküsü də döyüşə göndərilərək həlak olmuş bu uşaqlara həsr olunmuş ağı idi və bu türkü bu günümüzə qədər gəlib çatmışdır. Türküdə Tokatda cəbhəyə göndərilən 15 yaşlı uşaq əsgərlərdən danışılır.

Qaziler.az