Şimali Koreyanın yeni raket və nüvə silahının sınaqları ilə bağlı narahatlıqların mövcudluğu fonunda ABŞ-ın sualtı qayığı Cənubi Koreya sahillərinə gəlib.
Michigan gəmisi Carl Vinson təyyarədaşıyıcı başda olmaqla bölgəyə göndərilmiş ABŞ donanmasına qoşulub.Çərşənbə axşamı günü Şimali Koreya öz ordusunun yaradılmasının 85-ci ildönümünü qeyd edir.
Adətən bu günlərdə raket sınaqları həyata keçirilir.
Son həftələr ərzində ABŞ və Şimali Koreya arasında sərt bəyanatların mübadiləsi gərginliyin artmasına səbəb olub.
Çərşənbə günü ABŞ Senat üzvləri tam tərkibdə Ağ Evdə Şimali Koreya mövzusundakı keçiriləcək brifinqə dəvət olunub. Bu, qeyri-adı hal sayılır.
Michigan atom sualtı qayığı 154 Tomahawk raketini daşıyır, Cənubi Koreyanın Chosun Ilbo qəzeti xəbər verir.
Pxenyan, qəzəbli reaksiyasında "ABŞ aqressiyasına olduqca güclü önləyici zərbə" ilə cavab verəcəyini bəyan edib.
Şimali Koreya böhranı bir neçə istiqamətdə inkişaf edir.