Ermənistanda yerləşən hərbi hissələrdən birində yanğın başlayıb.
Azvision.az xəbər verir ki, yanğın bu gün saat 09:23 radələrində Armavir vilayətinin İçmiədzin şəhərinin "N" saylı hərbi hissənin cəbhəxanasında qeydə alınıb.
Məlumata görə, hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib. Hazırda yanğının söndürülməsi prosesi davam edir.
Əlavə məlumat veriləcək.