Rusiya Fransa seçkilərində: Makron hədəf alındı

Rusiya Fransa seçkilərində: Makron hədəf alındı backend

Fransa prezidentliyinə namizəd Emmanuel Makronun seçki qərargahının serverlərinə 160 haker hücumu olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yaponiyanın “Trend Mikro” şirkəti yayıb. Şirkət hücumu Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə bağlı olan “Paun Storm” haker qrupunun həyata keçirdiyini bildirib.

Hakerlər serverlerə zərərverici proqramı elektron poçt vasitəsilə daxil etməyə çalışıblar. “Trend Mikro” bu hakerlərin fəaliyyətinin ABŞ-ın Demokratlar Partiyasının serverlərini dağıdanlara bənzədiyini söyləyib.

Qeyd edək ki, liberalların namizədi Makrondan fərqli olaraq, ultrasağçı və şovinist Le Pen Krımı Rusiya ərazisi kimi tanıyacağını, Fransanı AB-dən çıxaracağını və Rusiyaya sanksiyaları dayandıracağını açıqlayıb. Ehtimal edilir ki, Le Penin ikinci tura keçməsində Rusiya maraqlı olub.