Avstraliyada qasırğa daşqınlara səbəb olub

Avstraliyada qasırğa daşqınlara səbəb olub backend

Avstraliyanın cənub-şərqində tüğyan etməyə davam edən qasırğa əsl xaos yaradıb. Nyu Saus Uels ştatında baş verən qasırğa daşqınlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, ən çox ziyan ştatın inzibati mərkəzi olan Sidney şəhərinə dəyib. Şəhərdə 215 mindən çox evə ziyan dəyib. Danqoq və Sidney şəhərində ümumilikdə 3 nəfərin öldüyü bildirilir.

Leysan yağış və güclü külək Sidney sahillərində də fəsadlara səbəb olub, dəniz nəqliyyatı 48 saat müddətinə dayanıb. Göyərtəsində minlərlə sərnişinin olduğu səyahət gəmisi isə Sidney sahilinə yaxınlaşarkən çətinliklə üzləşib. Hündürlüyü 10 metrə çatan dalğalar gəminin Sidney limanına yaxınlaşmasına əngəl törədib.
Diaspora