Fransada seçki saxtakarlığına yol verilib

Fransada seçki saxtakarlığına yol verilib backend

Parisdə bir neçə səsvermə məntəqəsində bəzi seçicilərə artıq içərisində səsvermə bülleteni olan zərflər verildiyi, yəni saxtakarlığa yol verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bunla bağlı xatırladılıb ki, səslər sayılanda içərisində bir neçə bülleten olan zərflər ləğv olunacaq.

Yerli vaxtla saat 17-yə olan məlumata əsasən Parisdə seçicilərin 64.51 faizi səs verib.

Daxili İşlər Nazirliyi bildirir ki, 2012-ci ildə həmin saatda 59.14 faiz seçici səs vermişdi. (AzərTAc)