Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 13-də Serbiya və Xorvatiya arasında azad ölkə mənasının verən Liberland dövlətinin yarandığı rəsmən elan olunub.
Cəmi 7 kvadratkilometr əraziyə malik olan Liberland Vatikan və Monakodan sonra dünyanın üçüncü cırtdan dövlətidir. onun sarı rəngli bayrağında gerb və uçan qara quş təsvir edilib. Vahid pul vahidinin üzərində çex dilində “Zit a nechut zit “- yəni “Yaşa və başqalarına da yaşamağa imkan ver“ sözləri yazılıb.Prezident üsul-idarəli yeni dövlətin ilk prezidenti 31 yaşlı çex vətəndaşı Vit Edliçk seçilib. Ölkənin rəsmi dövlət dili çex və ingilis dilləridir. Hələlik ölkə vətəndaşlığının rəsmiləşdirilməsi üçün rəsmi sənədin olmamasına baxmayaraq, 250 min nəfər Liberland vətəndaşı olmaq üçün müraciət edib. Prezident vətəndaşlıqla bağlı müraciətlərə münasibət bildirərkən qeyd edib ki, qatı cinayətkarlar, neo-faşistlər və kommunist əqidəli insanlar istisna olmaqla, hər kəs Liderland vətəndaşı ola bilər.
Ərazisi Monakodan bir qədər böyük olan Liberland azad iqtisadi zona elan edilib.