ATƏT-in avtomobili minaya düşüb, ölən var

ATƏT-in avtomobili minaya düşüb, ölən var backend

ATƏT-in monitorinq missiyasının avtomobili Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüb.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Anti-Terror Əməliyyatları qərargahının mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.
TASS-ın məlumatına görə, insident nəticəsində ATƏT-in monitorinq missiyasının bir əməkdaşı ölüb, digəri isə yaralanıb.