Yunanıstanın Saloniki şəhərində naməlum şəxslər Türkiyənin konsulluğuna hücum ediblər.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, naməlum şəxslər binanın qarşısında duran polis əməkdaşlarına iki Molotov kokteyli atıblar.Hadisə nəticəsində xəsarət alan olmayıb, binanın fasadına ziyan dəyməyib.