Tramp Merkelin əlini niyə sıxmadı?

Tramp Merkelin əlini niyə sıxmadı? backend

Amerika prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkel ilə əl verməmək söhbətinə yenidən aydınlıq gətirib.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, Ağ ev rəhbəri jurnalistlərin “onun əlini sıxın” deməsini eşitmədiyini bildirib.

"Onda sanki kimsə qışqırdı: "Onun əlini sıxın", lakin mən eşitmədim. Bilirsiniz, biz bir yerdə kifayət qədər çox olduq və mən artıq 4 dəfə onun əlini sıxmışdım", - deyə Amerika lideri bildirib.

Xatırladaq ki, hadisə martın 17-də Ağ evdə baş verib.