Yalçın Ağdoğan: "Türkiyənin ermənilərdən üzr istəməsi üçün səbəb yoxdur"
Türkiyənin ermənilərdən üzr istəməsi üçün səbəb yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan deyib.O qeyd edib ki, Türkiyənin tarixində heç bir "erməni soyqırımı" olmayıb.
Y. Ağdoğanın sözlərinə əsasən, Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün arxivləri açmağa hazır olduğunu dəfələrlə bəyan edib, lakin Ermənistan hər dəfə bu təklifə məhəl qoymur: "Türkiyə hakimiyyəti bir neçə dəfə Ermənistana dost əlini uzadıb, lakin bu ölkə həmişə onu geri çevirib".
Türkiyə-Ermənistan əlaqələrinin normallaşması imkanlarını şərh edən Y.Ağdoğan əlavə edib ki, Azərbaycan torpaqları azad edilmədən bu barədə söhbət gedə bilməz.