İsrail Hərbi Hava Qüvvələri Suriyanın Kuneytra vilayətinin Xan-Arnaba rayonunda ordu qüvvələrinə aviazərbələr endirib.
Qaziler.az bildAxar.az xəbər verir ki, bu barədə RİA Suriyanın hərbi mənbələrinə istinadən məlumat yayıb.“Düşmən İsrail təyyarələri işğal edilmiş ərazidən ordumuzun mövqelərinə qarşı 2 raket zərbəsi endirib. Hücum maddi itkilərlə nəticələnib və ordumuzun anti-terror əməliyyatları zamanı həyata keçirilib. Bu olay bizim İsrailə yaxın qruplaşmalarla mübarizəmizi dayandırmayacaq”, - deyə adı açıqlanmayan mənbə sayta bildirib.