“Taliban“ hərəkatı yaraqlılarının Əfqanıstanın şimalında yerləşən Məzari-Şərif şəhərindəki hərbi bazaya hücumu nəticəsində 50-dən çox insan həyatını itirib.
Qaziler.az “RİA Novosti“yə istinadən bildirir ki, bu barədə ABŞ mərkəzi komandanlığının nümayəndəsi Con Tomas aprelin 21-də keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, hücumun hədəfi əfqan hərbçilərinin olduğu məscid və yeməkxana, bazada işləyən mülki şəxslər olub.
Tomas qeyd edib ki, hücum edən bir neçə nəfər cavab atəşi ilə məhv edilib. Bundan əlavə o bildirib ki, baza yaxınlığındakı döyüş hələ də davam edir.