Amerika Birləşmiş Ştatlarının “Neil M. Denari Architects” (NMDA) arxitektura şirkəti Tayvanın Tsilun şəhərinin yeni limanının layihəsi üzrə beynəlxalq müsabiqənin qalibi olub.
Qaziler.az AZERTAC-a istinadən bildirir ki, layihə çərçivəsində gəmilər üçün uzunluğu 250 metrə çatacaq yeni terminal tikiləcək. Üçbucaqlı formalı bina Asiyanın ən böyük gəmilərini belə, qəbul etməyə hazır olacaq.Bundan əlavə, ərazidə liman rəhbərliyinin yerləşəcəyi, ümumi sahəsi 53 min kvadratmetr olan kompleks, 1000 avtomobil tutumuna malik dayanacaq, 23 min kvadratmetrlik əlavə ofis binasının inşası nəzərdə tutulur. Memarların əsas məqsədi daha müasir liman yaratmaqla işin effektivliyini artırmaqdır.
Layihə 3 mərhələ üzrə 2017-ci ilədək başa çatdırılacaq.