“ABŞ üçün əngəl deyil”

“ABŞ üçün əngəl deyil” backend

Barak Obama: “”S-300” sistemi İranın nüvə obyektlərini qoruya bilməz”

“İran öz nüvə obyektlərini Rusiya istehsalı olan “S-300” raket komplekslərinin köməyi ilə qoruya bilməz, bu komplekslərin mövcudluğu ABŞ üçün əngəl deyil”.

Qaziler.az APA-ya istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Barak Obama MSNBC telekanalına müsahibəsində deyib.

“Bizim hərbi büdcəmiz 600 milyard dollara yaxındır, İranın hərbi büdcəsi isə 17 milyarddan bir qədər çox. Əgər onlar həmin hava hücumundan müdafiə sistemlərini əldə edərsə, lazım gəldikdə biz o müdafiəni aşa bilərik”, - deyə Obama söyləyib. Bununla yanaşı, o, regiondakı problemləri müharibə yolu ilə həll etmək istəmədiklərini də əlavə edib.

ABŞ prezidenti İranın nüvə dosyesinə dair razılaşmanın əldə olunmasına toxunaraq bəyan edib ki, Vaşinqtonun məqsədi bölgədəki müttəfiqlərinin – İsrail, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin təhlükəsizliyini təmin etməkdir. Bundan başqa, Ağ Ev bölgədə yeni nüvə silahlanması yarışı görmək istəmir.

B. Obama İranı Yəməndəki husilərə silah göndərməkdən çəkinməyə də çağırıb: “Biz İrana söylədik ki, onlar problemin yox, həll prosesinin tərkib hissəsi olmalıdır”.

Qeyd edək ki, prezident Vladimir Putinin İrana “S-300” zenit-raket komplekslərinin satışına əvvəlki prezident Dmitri Medvedev tərəfindən qoyulmuş qadağanı ləğv edib. Ötən həftə Rusiya Müdafiə Nazirliyi bir ay ərzində İrana bu kompleksin satışına dair yeni müqavilə hazırlanacağını və “S-300”lərin ilin sonuna qədər İrana çatdırılacağını açıqlayıb.
Diaspora