Əsədə bağlı qüvvələrin Türkmən dağını top atəşinə tutduğu bildirilir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yerli qaynaqlardan alınan məlumata görə, rejim gücləri, müxaliflərin nəzarətindəki kəndlərə raket və mərmilərlə hücum edib. Qaraman, Sarraf, Kelez, Sallur və Yamadi kəndlərinin hədəf alındığı hücumlarda yaralıların olduğu bildirilir.Bölgədəki partlayış səsləri, Suriya sərhədində - Hatayın Yayladağı rayonunda da eşidilir.