Baş verə biləcək ABŞ-Şimali Koreya müharibəsinə qarşı tədbir olaraq Rusiyanın sərhədə hərbi birliklər göndərdiyi ortaya çıxıb.
Rusiyanın dövlət başçısı Vladimir Putin, ABŞ-ın Şimali Koreyaya hücum ehtimalına qarşı Şimali Koreya ilə sərhədə hərbi birlik və təchizat göndərir.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Daily Mailin xəbərinə görə, Putin ABŞ prezidenti Trampın Şimali Koreyaya hərbi müdaxilə etməsindən sonra sərhəddən qaçqın köçü başlamasından qorxur.
Xatırladaq ki, Rusya bu qərarı Çinin Şimali Koreya sərhəddinə 150 min əsgər göndərməsindən bir qədər sonra verib. Pekin rəhbərliyi müharibə olacağı təqdirdə ərazisinə girilə biləcəyindən narahatdır.