Minsk öz xarici siyasətini Qərbə yönəltməyib.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Nijeqorod vilayətinin qubernatoru ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
“Bizim Qərbə, ya da başqa harasa yönəlməyimizi söyləyənlərə fikir verməyin. Biz öz yerimizi yaxşı tanıyırıq. Biz Qərbdə heç kimə lazım deyilik. Üstəlik, mənə o zamandan Qərbin “sevgisi” də dəyişməyib”, – deyə o bildirib.