Bəşər Əsəd əvvəlki kimi 3 ton kimyəvi silaha sahibdir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi İsrail hərbi kəşfiyyatındakı mənbələrinə istinadən yayıb.Qeyd edək ki, aprelin 4-də Əsəd rejimi İdlibdə kimyəvi silahdan istifadə edib. Nəticədə 100-dən çox insan həlak olub. Buna qarşılıq olaraq ABŞ Suriyanın Şayrat aviabazasını raket zərbələri endirib.



