600 yaşlı farfor cam 30 milyon dollara satıldı

600 yaşlı farfor cam 30 milyon dollara satıldı backend

Honkonqda keçirilən "Sothebys" auksionunda Min sülaləsi dövrünə aid təqribən 600 il yaşlı olan ağ-mavi rəngli Çin farforu cam 30 milyon dollara yaxın qiymətə satılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "South China Morning Post"-da yer alıb. Məlumata görə, bu məbləğ o dövrün farforuna verilən ikinci ən böyük məbləğdir. Bildirilir ki, auksionda satış aprelin 5-də keçirilib və cəmi 12 dəqiqə davam edib. Alıcı anonim qalmağını istəyib və onun Tayvandan olduğu güman edilir. Qeyd edirlir ki, camın üzərində göldə üzən balıqlar əks olunub. Bu, Çini 1425-1435 illərdə idarə edən imperator Syuandenin sevimli syujeti hesab olunur. Cam əvvəllər yaponiyalı kolleksionerə məxsus olub və heç vaxt auksiona çıxarılmayıb.