Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib

Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib backend

Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı iclası keçirilib.

"Report" NTV-yə istinadən xəbər verir ki, yığıncaqda şikayətlər əsassız sayılıb. Qurumun 10 üzvü qərarın lehinə, 1-i isə əleyhinə səs verib.
Qeyd edək ki, Türkiyənin əsas müxalifət təşkilatı sayılan Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Demokrat Partiyası (HDP) və Vətən Partiyası aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi.