İŞİD terror qruplaşmasının üzvləri İraqda hərbi hissəyə hücum zamanı iprit adlı zəhəri maddədən istifadə ediblər.
APA-nın məlumatına görə, bu barədə CBS kanalı xəbər yayıb.
Hadisə aprelin 16-da baş verib. Nəticədə altı əsgər nəfəs orqanlarındakı çatışmazlıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ümumilikdə 25 hərbçiyə tibbi yardım göstərilib. Hərbi hissədə olan amerikalı və avstraliyalı məsləhətçilərindən heç biri xəsarət almayıb.



