Hərbi helikopter uçuş zamanı yoxa çıxdı

Hərbi helikopter uçuş zamanı yoxa çıxdı backend

Yunanıstan ordusuna məxsus helikopter yoxa çıxıb.


Axar.az xəbər verir ki, bu gün səhər Yunanıstan Hava Qüvvələrinə aid UH-1H tipli helikopter Larisa şəhərindən Kozaniyə uçuş zamanı qəflətən gözdən itib.

Məlumata görə, helikopterdə beş sərnişin olub.

Hazırda axtarışlara “Super Puma”, “Agusta Bell” və CL-415 tipli helikopterlər cəlb edilib.

Axtarışlar davam etdirilir.