Ermənistanda rusiyalı hərbçi itkin düşüb

Ermənistanda rusiyalı hərbçi itkin düşüb backend

Ermənistan polisinin Şirak vilayəti üzrə idarəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisinin itkin düşdüyü barədə məlumat yayıb.

“Əsgər Dmitri Loşmanov aprelin 16-da alış-veriş üçün hərbi hissəni tərk etmiş və bir daha geri qayıtmayıb”, - deyə polisdən “RİA Novosti”yə polisdən bildirilib.

Məlumata görə, müqavilə əsasında xidmət çəkən D. Loşmanov ümumi yataqxanada yaşayıb. Hazırda onun barəsində axtarış elan edilib.