Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadıldı backend

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar aprelin 19-da yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək və fövqəladə vəziyyət rejimi ölkə ərazisində iyulun 19-dək davam edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib və daha sonra üç ay müddətinə uzadılıb.