Türkiyənin Antalya şəhərində terror törətməyi planlaşdırdıqları iddia olunan 5 İŞİD-çi həbs olunub.
Axar.az xəbər verir ki, onların Rusiya, Mərakeş, Ukrayna və Suriya vətəndaşları olduqları deyilir. Terrorçuların evinə baxış keçirən polis oradan xeyli sayda partlayıcı maddə tapıb.Polis İŞİD-çilərin əhalinin sıx olduğu bölgələrdə terakt törətmək planı qurduqlarını aşkarlayıb.