Türkiyə 4G tenderini gözlədiyi vaxt prezident Rəcəb Tayyib Ərdoğan tenderə “qırmızı kart” göstərib.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, Türk Telekomun 175-ci ildönümündə iştirak edən Ərdoğan, “Bura gələndə qısa brifinq verdim. Gündəmdə 4G tenderi var. Amma dünya 5G-dən danışır. 4G-yə görə vaxt itirməyə dəyməz. 2 il də səbr edin, birdəfəlik 5G-yə keçərik. 4G-yə keçsək Türkiyə xaraba qalacaq” deyib.Tədbirdə çıxış edən Ərdoğan telekommunikasiya sektorundakı inkişaflara da diqqət çəkib:
“2005-ci ildə baş tutan özəlləşdirmədən sonra Türk Telekomda yaşananlar düzgün seçim etdiyimizi göstərdi. Özəlləşmə prosesində tənqidlərin nə qədər haqsız və səhv olduğunu da gördük. Telekom əvvəlki kimi səmərəsiz ictimai təşkilat olaraq qalsaydı, investisiya qoymaq imkanı olardımı? Dünyanın öndəgələn kommunistləri belə bunu başa düşdü, amma bizimkilər yox”.