Əhməd Davudoğlu: “1915-ci il hadisələrinin siyasi qiymətləndirilməsi təhlükəli nəticələrə səbəb ola bilər”
1915-ci il hadisələrinin siyasi qiymətləndirilməsi təhlükəli nəticələrə səbəb ola bilər.Trend-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Onun sözlərinə görə, Türkiyənin gələcək naminə türklərin və ermənilərin acısını unutmağa çağırdığı zamanda erməni diasporu Türkiyəyə qarşı düşmənçilik təbliğ edir. O vurğulayıb ki, erməni diasporunun mahiyyətində Türkiyəyə qarşı kin-küdurət durur.
Qeyd edək ki, ötən gün Ə.Davudoğlu bəyanatla çıxış edərək bildirdi ki, Türkiyə 1915-ci il hadisələrində həyatını itirmiş dinc ermənilərlə bağlı kədərlənir və o hadisələrdə ölənlərin nəvələrinə baş sağlığı verir.