Dünyanın diqqəti Türkiyədə - REFERENDUMUN NƏTİCƏLƏRİ - YENİLƏNİB

Dünyanın diqqəti Türkiyədə - REFERENDUMUN NƏTİCƏLƏRİ - YENİLƏNİB backend

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51,34 faizi Konstitusiya dəyişikliyinin dəstəkləyib.

***

20.32

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 94 faizi sayılıb.

APA-nın məlumatına görə, bülletenlərin 94 faizinin sayılmasından sonra seçicilərin 52.1 faizi Konstitusiya dəyişikliyinin lehinə, 47.8 faizi əleyhinə səs verib.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

***
19.44
Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 65 faizi sayılıb.
Qaziler.az bildirir, APA-nın məlumatına görə, bülletenlərin 65 faizinin sayılmasından sonra seçicilərin 55.5 faizi Konstitusiya dəyişikliyinin lehinə, 44.5 faizi əleyhinə səs verib.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

***
19.12

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 32 faizi sayılıb.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bülletenlərin 32 faizinin sayılmasından sonra i Konstitusiyaya dəyişiklikləri dəstəkləyənlərin mütləq üstünlüyü davam edir.


Seçicilərin 61,3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 38,7 faizi əleyhinə səs verib.