Hələbdə terror aktı nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb

Hələbdə terror aktı nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb backend

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda təxliyə avtobusları yaxınlığında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Qaziler.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Reuters" Suriyanın İnsan Haqları üzrə Rəsədxanasına istinaadən məlumat yayıb.
Qeyd edək ki, Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlər arasında qadınlar, uşaqlar da var. Hadisə zamanı130-dan çox dinc sakinxəsarət alıb.
İlkin məlumatda sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatdığı bildirilirdi.
Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb.