Vaşinqton İran gəmilərinin husilərə silah daşımasına dair xəbər yayıldıqdan sonra belə bir adıdm.
Yəməndə husi üsyançılarına dəstək olmaqda ittiham edilən İran münaqişənin sülh yolu ilə həllinə çalışdığı bir vaxtda Amerika Birləşmiş Ştatları Yəmən sahillərinə aviadaşıyıcı cəlb edib.ANS PRESS-in məlumatına görə, Vaşinqton İran gəmilərinin husilərə silah daşımasına dair xəbər yayıldıqdan sonra belə bir adıdm atıb.
Lakin Amerika hökuməti aviadaşıyıcının Ədən körfəzində naviqasiyanın müdafiəsi və ticarət prosesinin təmin olunması məqsədilə bölgəyə cəlb olunduğunu iddia edir. Ağ Evin mətbuat katibi Coş Örnst bu barədə açıqlama verib.
Coş Örnst: “Bu bölgə dünyada ən vacib əhəmiyyətə malik ticarət bölgəsidir. Buraya enerji nəqliyyatı, ərzaqların daşınması da daxildir”.
“İranın husilərə dəstək olması, xüsusilə, onları silahla təchiz etməsi bizi dərindən narahat edir. Biz bu barədə açıq şəkildə narahatlığımızı ifadə etmişik. Yəməndə ciddi zorakılıqlar müşahidə olunur, ölkədə humanitar böhran yaranıb. Münaqişənin yeganə həlli danışıqlarla mümkün ola bilər. Ona görə də tərəfləri silahı tərk etməyə və sülh prosesinə qoşulmağa çağırırıq”, - deyə Coş Örnst bildirib.
Amerika hökumətinin Ədən körfəzinə aviadaşıyıcılar cəlb edəcəyinə dair İrana əvvəlcədən məruzə edib-etmədiyi isə, məlum deyil.
Mənbə
Associated Press