Dünyanın ən məşhur barı yandı

Dünyanın ən məşhur barı yandı backend

Meksikada turistlərin ən çox yerləşdiyi kurort zonada yanğın baş verib.


“Ölkə.Az” xəbər verir ki, Sakit Okean sahilində “İkstapa” adlı istirahət mərkəzinda baş vermiş yanğın qısa zaman ərzində ətrafa yayılıb. Hadisə barədə Meksikanın Fövqəladə Hallar nazirliyinə xəbər verilib. Əraziyə yanğın söndürənlər cəlb olunub.

Yanğınsöndürənlər gələnə qədər alov istirahət mərkəzində dünyada məşhur olan “Malkerida” barına keçib. Turistlərin ən çox sevdiyi barda baş verən yanğın qısa zamanda bütün barı bürüyüb. Nəticədə bardakı qaz balonları və pivə boçkaları partlayıb. Yanğınsöndürənlər gələnə qədər bar tamam yanıb. Alov yaxınlıqdakı istirahət evlərinə də keçib.

Hadisə zamanı yaralanların və plənlərin olması barədə heç bir məlumat verilməyib. Hadisənin hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.