ABŞ Cənubi Çin dənizinə raket esminesi göndərib

ABŞ Cənubi Çin dənizinə raket esminesi göndərib backend

ABŞ "Stethem" raket esminesini Cənubi Çin dənizinə göndərib. Bu barədə cümə günü Amerika Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bu addım Şimali Koreyanın nüvə sınaqları keçirməsi ilə bağlı artan gərginlik fonunda atılıb.


"Yokosukada (Yaponiya) lövbər salan "Stethem" raket eskadra mina gəmisi Cənubi Çin dənizində mühafizə əməliyyatları aparır", - deyə məlumatda qeyd olunur.

Donanma nümayəndəsi Robert Klin bildirib ki, bu ezamiyyət heyət üzvlərinin əsas regionlarda əməliyyat həyata keçirmək üzrə mühüm təcrübə toplamalarına imkan yaradacaq.