Avtomobilin yük yerində Rusiyaya girməyə çalışan türk yaxalandı

Avtomobilin yük yerində Rusiyaya girməyə çalışan türk yaxalandı backend

Rusiyanın Smolensk vilayətində avtomobilin baqajında bu ölkəyə girməyə çalışan bir Türkiyə vətəndaşı saxlanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) bağlı Smolensk Sərhəd Birliyindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri bölgədə şübhəli olan avtomobili saxlayıb.

Avtomobildə aparılan axtarış zamanı yük yerində bir Türkiyə vətəndaşının saxlandığı təsbit edilib.

Türk vətəndaşın qaçaq olaraq Rusiyaya girməyə çalışdığı ifadə edildi. Hadisə ilə əlaqədar araşdırma başlanıb, Türkiyə vətəndaşı və avtomobilin sahibi saxlanılıb.