ABŞ GBU-43 bombalarını 80-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin maliyyələşdirdiyi tunellərə atıb. Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Milli Kəşfiyyat Agentliyinin eks-əməkdaşı Edvard Snouden paylaşıb.
Qeyd edək ki, ABŞ dünən Əfqanıstandakı İŞİD terrorçularına qarşı bu bombadan istifadə edilib. Bu bombanın indiyə qədər ən böyük qeyri-nüvə bombası olduğu bildirilir. Vaşinqton bombanı terrorçuların tunel sistemini dağıtmaqdan ötrü atdığını söyləyib.