Türkiyədə dəhşətli terrorun qarşısı alındı

Türkiyədə dəhşətli terrorun qarşısı alındı backend

İstanbulda İŞİD terror təşkilatına qarşı təşkil edilən əməliyyat çərçivəsində 5 terrorçu həbs edilib.

Axar.az xəbər verir ki, onların aprelin 16-da keçirilən referendum zamanı bütün dünyada sensasiyaya səbəb olacaq bir terakt törətməyi planlaşdırdıqları bildirilir.

Terrorla Mübarizə Şöbəsi İŞİD üçün döyüşən və sözügedən terror təşkilatına dəstək verən daha iki nəfəri həbs etdiyini açıqlayıb.