Rusiyanın Sankt-Peterburq şəhərinin Vasilevsk adasındakı Çernışevski adına kitabxananın yaxınlığında partlayış olub.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu barədə "Fontanka.ru" xəbər verib.Kitabxananın əməkdaşlarının sözlərinə görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində işə düşüb.
Şahidlər bildirib ki, gənc kitabxananın yanında yerdən nəsə qaldırıb. Bundan sonra partlayış baş verib.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. O, Müqəddəs Məryəm Maqdalina 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.