QAZİLER.AZ saytı xəbər verir ki, bu gün Çeçnistan Respublikasının ilk prezidenti Cövhər Dudayevin anım günüdür. Çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi olan Dudayev həm də aviasiya general-mayoru idi. O, 1944-cü ildə Çeçenistanın Yalho kəndində anadan olub.
Sibirdə ailəsi ilə birlikdə sürgün həyatı yaşayan Dudayev1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasının, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasının məzunu olub.1991-ci ildə o, keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu hakimiyyətdən yıxmaq üçün düzənlənmiş əməliyyatın önündə gedənlərdən biri olub.
O deyirdi: "Üzərimdəki uniformam kəfənim, şəhadətə hazıram. Şəhidliyi rütbə və şərəf olaraq qəbul edirəm. Qanımın son damlasınadak ölkəmin azadlığı və millətimin hürriyyəti üçün savaşmağa hazıram".
1996-cı il aprelin 21-də ruslar Cövhər Dudayevin olduğu yeri raketlə vurdular və çeçen xalqının qəhrəmanı şəhid oldu.