Əhmədinejad yenə prezidentlik İDDİASINDA

Əhmədinejad yenə prezidentlik İDDİASINDA backend

İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb.


APA-nın Tehran bürosunun məlumatına görə, ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb.

Qeyd edək ki, M. Əhmədinejad seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı.