Almaniyada terror hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, hadisə “Siqnal İduna Park” stadionu yaxınlığında qeydə alınıb. “Borussiya”nın futbolçularını oyuna aparan avtobusun yaxınlığında bomba partladılıb. Hadisə nəticəsində komandanın müdafiəçisi Mark Bartranın yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.“Borussiya”nın “Twitter” səhifəsində yazılıb ki, artıq klubun üzvləri təhlükəsiz yerə təxliyyə olunublar. Hazırda futbolçuların həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki Çempionlar Liqasının 1/4 finalında bu gün keçirilməli olan “Borussiya” – “Monako” oyunu təxirə salınıb. Oyun Almaniya vaxtı ilə saat 22:45-da baş tutmalıydı.