İrandan ABŞ-a təhdid

İrandan ABŞ-a təhdid backend

İranın müdafiə naziri Hüseyn Dehqan ABŞ-ın bir daha Suriyaya hücum edərsə əvəzini ödəyəcəklərini söyləyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı zamanı ABŞ-ı hədələyib.

İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, ABŞ-ın beynəlxalq qanunlara zidd davrandığını dilə gətirən Dehqan deyib ki, amerikalılar Suriyaya təkrar hücum edərlərsə bunun bədəlini ağır ödəyəcəklər. "Bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq" - deyə nazir bildirib.