Rusiyanın Baş naziri Dmitri Medvedev Krımın Rusiyaya birləşdirilməsi ilə Berlin divarının dağıdılmasını müqayisə edib.
ATV.az Lneta.ru-ya istinadən bildirir ki, o, bunu yeni dövrün başlanğıcı hesab edir. Medvedev 2014-cü ilin hökümət hesabatı ilə dövlət dumasında çıxış edərkən bildirib:“Krımın qaytarılması tarixi ədalətin bərpası ilə nəticələndi. Bunu da Almaniyada Berlin divarlarının dağıdılması ilə müqayisə etmək olar. Hamımız da bilirik ki, ölkənin iqtisadiyyatı Krımın qayıdışı ilə yenidən dirçəldi”.
2014-cü ilin mart referendumunun nəticəsinə görə, Krım və Sevastopol Rusiya regionu hesab edilir.