İtaliyaya gedən qaçqınların ölü sayı 30 mini keçə bilər

İtaliyaya gedən qaçqınların ölü sayı 30 mini keçə bilər backend

Bu barədə Cenevrədə brifinqdə açıqlama verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Coel Millman deyib. O bildirib ki, ilin əvvəlindən Aralıq Dənizində ölən miqrantların sayı 1727 nəfər olub. QAZİLER.AZ saytı Ria Novosti-yə istinadla xəbər verir ki, Millmann bildirib ki, lakin bu rəqəm ilin sonuna qədər 30 mini keçə bilər.

Milman daha sonra qeyd edib ki, ona verilən məlumata görə, bu gecə Liviyadan İtaliyaya daha 3 gəmi qaçqın yola çıxıb.

Xatırladaq ki, bazar günü gecə Liviyadan İtaliyaya gedən miqrantlardan 800 nəfər Aralıq Dənizində bataraq ölüb.

2014-cü il ərzində Aralıq dənizi sularında qərq olan miqrantların sayı 3 mindən çox olub.
Diaspora