Amerikanın Oreqon ştatında deputatların duelə çıxmasına icazə verilməsi təklif olunub.
Amerikanın Oreqon ştatının qanunverici məclisinin bir sıra respublikaçı senatoru belə bir təkliflə çıxış edib. Onlar deputatların bir-birini duelə çağırmasını qadağan edən qanunun ləğv edilməsini istəyirlər.Qaziler.az bildirir ki, bu barədə "The Independent" yazıb.
Layihə hər iki palatada səsvermədən keçəcəyi təqdirdə duelin qadağa taleyinə ştat sakinləri tərəfindən növbəti seçkidə həll ediləcək.