Suriyanın terrorçular məskunlaşdığı şəhərlərdən biri bombardıman olunub.
"Ölkə.Az" xəbər verir ki, Suriya ordusunun qırıcıları Deyrizor şəhərində əməliyyat keçirib. Ordunun mətbuat xidmətindən bildirilib ki, kəşfiyyat xidməti Deyrizor şəhərində İŞİD və "Əl-Nusra" terror təşkilatlarının gizləndiyi ərazinin yerini dəqqi göstərib. Göstərilən nöqtələr qırıcılar tərəfindən darmadağın edilib.
“Bombardıman zamanı İŞİD terrorçularının gizləndiyi məntəqə yerlə-yeksan edilib. Əməliyyatda azı 14 terrorçu məhv edilib”, - deyə Suriya ordusundan açıqlama verilib.
Bundan başqa, əməliyyat zamanı "Əl-Nusra" terror təşkilatlatının da bazaları dağıdılıb və canlı qüvvəsi öldürülüb. Hələlik öldürülən terrorçuların sayı məlum deyil.
Qeyd edək ki, Suriyanın Deyrizor şəhəri İŞİD və bir neçə terror qruplaşmasının ən çox qətliam törətdiyi ərazilərdən biridir. Bu ilin aprel ayının 6-da terrorçular Deyrizor şəhərində 33 nəfərin başını kəsiblər. Sonra isə meyitləri Əl-Mayadin çölündə bir çuxura doldurublar. Bu barədə Suriya Müşahidəçilər Təşkilatı (SOHR) məlumat yayıb. Məlumatda bildirilir ki, başı kəsilərək edam edilənlər 18-25 yaş arası gənclərdir. Gənclərin meyitləri Əl-Mayadin səhrasında bir çuxura doldurulub.