Kanadada qar uçqunu: 5 turist öldü - YENİLƏNİB

Kanadada qar uçqunu: 5 turist öldü - YENİLƏNİB backend

Kanadanın Britaniya Kolumbiyası əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi


Xilasedicilərin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5-ci turistin meyiti aşkarlanıb.

Hadisə Layons-Bey yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Layons-Bey Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 30 km şimal-qərbdə yerləşir.

***

Kanadanın Vankuver şəhəri yaxınlığında baş vermiş qar uçqunu nəticəsində 4 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 turistin Harvi dağına yollandığı, baş verən qar uçqunu nəticəsində 5 nəfərin itkin düşdüyü bildirilirdi.

Məlumata əsasən, ölənlərin vətəndaşlığı tanınma prosedurundan sonra açıqlanacaq. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.