Jurnalistlər Stokholm terrorçusunun adını öyrəniblər

Jurnalistlər Stokholm terrorçusunun adını öyrəniblər backend

İsveç jurnalistləri Stokholmda terror aktı törədən əslən Özbəkistandan olan şəxsin adını öyrənə biliblər.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, yerli KİV-in məlumatına görə, 39 yaşlı Rəhmət Akilov 2014-cü ildə bu ölkədə sığınacaq almaq üçün ərizə verib. İki il sonra o, rədd cavabı alıb. 2017-ci ilin fevralında deportasiyadan gizlənməsi ilə əlaqədar haqqında axtarış elan edilib.