Elm adamları bu ölkəni tərk edir

Elm adamları bu ölkəni tərk edir backend

Yunanıstanda 20 minə yaxın elm adamı iqtisadi böhran səbəbindən ölkəni tərk edib.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yunanıstanın üçüncü böyük şəhəri olan Patrada keçirilən “Patras IQ” 4. texnologiya sərgisinin açılışında Yunanıstan Tədqiqat və Texnologiya nazir vəkili Kostantinos Fotakis 2009-2014-cü illərdə 20.000 minə yaxın elm adamının Yunanıstanı tərk etdiyini bildirib.

2000-2005-ci illərdə bu rəqəmin yalnız 2.500 olduğunu vurğulayan Fotakis beyin miqrasiyası üçün gedənləri geri qaytarmaq, yeni tədqiqatçıların ölkəni tərk etmələrinin qarşısını almaq üçün hökumətin əlindən gələni edəcəyini söyləyib.