Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb: ölən və yaralananlar var

Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb: ölən və yaralananlar var backend

Turistlərlə dolu hava şarı Kappadokiya vilayətinin Nevşehr yaxınlığında qəzaya uğrayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qəza güclü külək səbəbindən, hava şarının sərt şəkildə eniş etməsi nəticəsində baş verib.

Səhər saatlarında baş vermiş hadisə nəticəsində bir nəfər fransalı turist ölüb, azı 20 nəfər yaralanıb. Yaralılar yaxın xəstəxanalara yerləşdirilib.