AŞPA erməniləri məyus etdi

AŞPA erməniləri məyus etdi backend

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında ermənilər növbəti dəfə məyus olublar.

Qaziler.az AZERTAC-a istinadən bildirir ki, aprelin 21-də qurumun siyasi məsələlər komitəsinin iclasında Avropa Şurası və Qazaxıstan arasında münasibətlər məsələsi müzakirə olunandan sonra Qazaxıstan üzrə AŞPA məruzəçisinin təyini ilə bağlı fikir mübadiləsi aparılıb. Bu mühüm vəzifəyə Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aksel E. Fişer və Ermənistan nümayəndə heyətinin rəhbəri Hermina Naqdalyan öz namizədliklərini irəli sürüblər.

Komitə üzvləri böyük səs çoxluğu ilə almaniyalı deputatın namizədliyini dəstəkləyiblər. Ermənistanlı deputatın namizədliyinə isə bir-iki nəfər ermənipərəst deputat səs verib. Beləliklə, Aksel E. Fişer Qazaxıstan üzrə məruzəçi seçilib.

AŞPA-da növbəti dəfə uğursuzluqla və etimadsızlıqla üzləşən ermənilər yenə də məyus olublar.
Diaspora